AZ

Nzirdən Fransa polisinə ŞOK QADAĞALAR: "Hər şəraitdə..."

Fransanın daxili işlər naziri Jerald Darmanin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı polis əməkdaşlarına vəzifə yerinə yetirərkən saqqız çeynəməyi qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə Le Soir nəşri məlumat yayıb.

“Saqqız çeynəməyin, cib telefonunuza baxmayın, insanlara rəsmi müraciət edin və hər şəraitdə sakit olun”, - nazir əmr edib.

Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, polisin fəaliyyəti ölkənin reputasiyası üçün çox önəmli olacaq. Darmanin Fransanın imicinin hər bir zabitdən asılı olacağını vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
45
publika.az

10Mənbələr