AZ

Kreml: Rusiya Avropa İttifaqı üçün təhlükə yaratmır

Rusiya Ukraynada öz maraqlarını qoruyur və Avropa İttifaqında heç kimə təhlükə törətməyib.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Rusiya Federasiyası Avropa İttifaqında heç kimə təhlükə yaratmayıb və yaratmır, Ukraynada isə Avropa İttifaqı ölkələrinin hər hansı dialoq imkanını istisna etdiyi və Rusiyanın narahatlığını nəzərə alaraq öz maraqlarını müdafiə edir. Bunlar bizim yaşamalı olduğumuz reallıqlardır və təbii ki, bütün bunlar bizi xarici siyasi yanaşmamızı buna uyğun konfiqurasiya etməyə məcbur edir”, - deyə Peskov bildirib.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 2029-cu ilə qədər bu vəzifəyə ikinci müddətə seçilərsə, Avropa İttifaqını müdafiə İttifaqına çevirəcəyini vəd etmişdi.

Seçilən
93
13
operativmedia.az

10Mənbələr