AZ

“Real” Modriçlə müqaviləni yenilədi

“Real” futbolçusu Luka Modriçlə müqaviləsini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

38 yaşlı mərkəz yarımmüdafiəçisi Luka Modriç ilə yeni sözləşmə 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Ötən mövsüm o, komanda ilə bütün turnirlərdə 46 matça çıxıb, 2 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun klubla əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.

Seçilən
50
5
futbolinfo.az

6Mənbələr