AZ

Luka Modriç daha 1 il "Real Madrid"də

İspaniyanın "Real Madrid" komandası Xorvatiya millisinin futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2025-ci ilin yayınadək uzadılıb.

Qeyd edək ki, 2012-ci ildən La Liqa təmsilçisinin formasını geyinən təcrübəli oyunçu bu komanda ilə ümumilikdə 26 titul qazanıb. O, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə klublararası dünya çempionatının, 4 dəfə UEFA Superkubokunun, 4 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun və 5 dəfə ölkə Superkubokunun qalibi olub.


Seçilən
55
3
sportnet.az

10Mənbələr