AZ

Braziliyalı hücumçu yenidən məşqlərə başlayıb

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı hücumçusu, sol dizindəki çarpaz bağ və menisk yırtıldığı üçün komandasına ötən ildən kömək edə bilməyən Neymar yenidən məşqlərə başlayıb.Missiya.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.32 yaşlı futbolçu 2023-cü ilin yayında "Əl-Hilal"a keçib. Neymar daha əvvəl PSJ, "Barselona" və "Santos" klublarında çıxış edib. O, Braziliya millisində 128 oyun keçirib və 79 qol vurub.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
37
11
missiya.az

10Mənbələr