"Neftçi"nin yeni baş məşqçisi Roman Qriqorçuk Türkiyədə maraqlı qərar qəbul edib. Ukraynalı çalışdırıcı komandanı ictimaiyyətdən "gizlətməyə" dair göstərib verib.
Paytaxt təmsilçisi qardaş ölkədə keçirdiyi ilk yoxlama matçında "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib. «Ağ-qaralar» bu gün Superliqanın digər təmsilçisi «Sivasspor»la üz-üzə gələcək. Ötən oyun olduğu kimi, növbəti qarşılaşma da yayımlanmayacaq. Yaxınlarda 2 illik müqavilə imzalamış miütəxəssisin tapşırığına əsasən, Premyer Liqanın startına keçiriləcək bütün yoxlama görüşləri heç yerdə göstərilməyəcək. O, oyunlardan icmal videolarının hazırlanmasına da qadağa qoyub. Həmçinin təlim-məşq toplanışının gedişindən çəkilişlərin edilməsinə icazə tanımayıb.
Qriqorçukun addımı bir məqsədə xidmət edir -rəqiblərin «Neftçi»nin mövcud durumu barədə məlumat toplamasını əngəlləmək.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta