AZ

Jan-Jakob Bisep: "Fransa kolonial ölkələrdə cinayətlər törədən bir dövlətdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakı Təşəbbüs Qrupu müstəmləkə şəraitində yaşayan xalqların azadlığı uğrunda mübarizə aparmaq məqsədilə yaranan bir təşkilatdır".
Oxu.Az xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin sədri Jan-Jakob Bisep Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin Bakıda keçirilən Birinci Qurultayında deyib.
Onun sözlərinə görə, Fransa müstəmləkələrinin, koloniyalarının azadlığı uğrunda birinci konfrans 1986, ikinci konfrans isə 1995-ci ildə keçirilib:
"Bizim azadlıq əldə etmək istiqamətindəki məqsədlərimiz aydındır. Elə bu qurultay da bizə imkan verəcək ki, müstəqilliyə daha da yaxın olaq, həmçinin, Fransanın keçmiş koloniyalarının siyasi təşkilatları sözügedən ölkənin bizə vurduğu ziyana diqqəti çəkə bilsin. Fransa koloniyalara qarşı cinayətlər törədən bir dövlətdir".
Aqil Vəlili
Seçilən
63
36
oxu.az

10Mənbələr