Prezident İlham Əliyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, jurnalist İbrahim Məmmədovu təltif edib. O, media sahəsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Modern.az İbrahim Məmmədovun təəssüratlarını öyrənib.
O, saytımıza açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin əməyini bu cür qiymətləndirməsi böyük şərəfdir:
"Mənim kiçik, sadə əməyimi cənab Prezident yüksək qiymətləndirib. Cənab Prezidentin diqqəti, verdiyi qiymət mənim üçün böyük şərəfdir. Çox şadam".
İbrahim Məmmədov bundan sonra da əlindən gələni etməyə davam edəcəyini söyləyib:
"Mən var gücümlə yenə də çalışacam ki, dövlətimiz, Azərbaycan mətbuatı, informasiya məkanı üçün əlimdən gələn nə varsa, onu edim".