AZ

"Prezidentin verdiyi qiymət mənim üçün böyük şərəfdir" - İbrahim Məmmədovdan AÇIQLAMA

Prezident İlham Əliyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, jurnalist İbrahim Məmmədovu təltif edib. O, media sahəsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.

 

Modern.az İbrahim Məmmədovun təəssüratlarını öyrənib.

 

O, saytımıza açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin əməyini bu cür qiymətləndirməsi böyük şərəfdir:

 

"Mənim kiçik, sadə əməyimi cənab Prezident yüksək qiymətləndirib. Cənab Prezidentin diqqəti, verdiyi qiymət mənim üçün böyük şərəfdir. Çox şadam".

 

İbrahim Məmmədov bundan sonra da əlindən gələni etməyə davam edəcəyini söyləyib:

 

"Mən var gücümlə yenə də çalışacam ki, dövlətimiz, Azərbaycan mətbuatı, informasiya məkanı üçün əlimdən gələn nə varsa, onu edim".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
modern.az

10Mənbələr