AZ

İcra başçısı qazini dəlixanaya saldırıb? - İddia + Video

Bir neçə gün öncə İsmayıllı rayonunda qazi Röyal Mirzəyev intihara cəhd edib. Buna səbəb isə səhhətinə görə əlilliyini ala bilməməsi və rayon icra hakimiyyətinin ona laqeyid münasibət göstərməsi olub.

Belə ki, Qazi dəfələrlə aidiyyəti qurumlara müraciət edərək psixoloji durumunun yerində olmadığını müalicəyə ehtiyacı olduğunu bildirsə də, ona qarşı diqqətsizlik göstərilib nəticədə o intihara cəhd göstərib.

Hazırda qazi bədənin 20 faiz yanıq xəsarətləri ilə Bakı şəhəri 5 saylı yanıq şöbəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.

GUNDEMİNFO.AZ qazinin kanalımıza verdiyi müsahibəni təqdim edir:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
Mənbələr
Şərh ()
Bağla