AZ

"Xalq Bank" 2024-cü ilin II rübünün yekunlarını açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin II rübünün yekunlarına əsasən "Xalq Bank"ın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 7.8 % artaraq 3.095 mlrd. manat, kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 7.4 % artaraq 1.945 mlrd manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2.164 mlrd. manat təşkil etmişdir ki, bu da 2023-cü ilin II rüb göstəriciləri ilə müqayisədə 5.4 % çoxdur.
2024-cü ilin II rübünün sonuna Bankın xalis mənfəəti 34 mln. manat təşkil etmişdir. Hesabat dövrünə Bankın cəmi kapitalı 479.1 mln. manat təşkil etmişdir.
2024-cü ilin II rübünün nəticələrinə əsasən, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə "Xalq Bank" Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
Qeyd edək ki, ölkənin aparıcı banklarından olan "Xalq Bank" 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının icrasını davam etdirir. Növbəti 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəriyönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Rəqəmsallaşmanın geniş tətbiqi, daxili nəzarət mühitinin inkişafı, data idarə edilməsinin effektiv infrastrukturu prioritet istiqamət kimi müəyyən edilib.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən "Xalq Bank" hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
oxu.az

10Mənbələr