AZ

Məşhur aktyor 3,24 milyon dollara satılan malkandən çıxmaq istəmir

Amerikalı rejissor və aktyor Kevin Speysinin Baltimordakı malikanəsini hərracda satın alan investor Sam Asqeri aktyor köçməkdən imtina etdiyi üçün onun vəkilləri ilə danışıqlar aparır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Baltimore Banner" məlumat yayıb.

"İndi o, köçməkdən imtina edir. Evdən çıxmaq və heç nə verməmək üçün altı ay vaxt istəyir", deyə investr bildirib.

Sem Asqeri iyulun sonunda Kevin Speysinin mülkünü 3,24 milyon dollara alıb. Akyorla əlaqəli bir şirkət malikanəni 5,65 milyon dollara almışdı.

İyun ayında aktyor məhkəmə çəkişmələrindən sonra evinin milyonlarla dollarlıq borclarına görə əlindən alındığını etiraf edib. Kevin Speysi demək olar ki, pulunun qalmadığını iddia edib. Bununla belə, indiyə qədər o, müflis olmaqdan yayına bilib.

Kevin Spysi Britaniya məhkəməsi tərəfindən 2023-cü ilin iyul ayında ölkənin ən səs-küylü #MeToo məhkəmələrindən birində dörd nəfərə cinsi təcavüz etdiyinə görə bəraət qazanıb. Ona qarşı bütün ittihamlar aktyorun Londonun Old Vic Teatrının bədii rəhbəri olduğu 2000-ci və 2010-cu illərə təsadüf edir. Aktyora qarşı ilk ittihamlar 2017-ci ildə irəli sürülüb.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
3
qaynarinfo.az

10Mənbələr