Lənkəran şəhər sakininin apteklərdən birində dərman alarkən stolun üzərinə qoyduğu "Samsung" markalı telefonunun oğurlanması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş Seyran Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.Araşdırma aparılır.Eltun Məmmədov
Diqqət Çəkənlər
Kərkük qətliamı 65 Yaşında
Qazaxda ailəsi ilə istirahətə gedən şəxs göldə batıb
Dilarə Kazımova bu dəfə kovboy obrazında - FOTOLAR