AZ

Dərman almağa gələn müştərinin mobil telefonunu oğurlayan şəxs saxlanılıb

Lənkəran şəhər sakininin  apteklərdən birində dərman alarkən stolun üzərinə qoyduğu "Samsung" markalı telefonunun oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş Seyran Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
operativmedia.az

4Mənbələr