AZ

Təcili tibbi yardım briqadaları qəbul imtahanlarının keçirildiyi ərazilərə təhkim olunub » Medical Media


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi ərazilərə təhkim olunub.

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İmtahan zamanı tibbi xidmətə ehtiyacın yaranması nəzərə alınaraq ünvanlar üzrə təcili tibbi yardım briqadaları xidmət edib.

Tibbi xidmətə ehtiyacı olan şəxslərə yerində yardım göstərilib.
Seçilən
66
medicalmedia.az

1Mənbələr