AZ

Trampın mitinqinin qurbanları üçün 2 mln. dollardan çox pul toplanıb

Pensilvaniyada Donald Trampın mitinqində baş verən atışma qurbanları üçün artıq iki milyon dollardan çox pul yığılıb. Məlumata görə, 28 mindən çox insan ianə edib.

İanə edilən ən böyük məbləğ 50 min dollar olub. Atışmadan sonra ilk 12 saat ərzində ABŞ seçkilərində Trampa dəstək aksiyasında 177 min dollar toplanıb.

İyulun 13-də Pensilvaniyadan olan 20 yaşlı Tomas Metyu Kruks ABŞ-nin keçmiş prezidentinin olduğu səhnəyə atəş açıb. Güllə ABŞ-nin 45-ci prezidentinin qulağına dəyib. O, çoxlu qan itirib, lakin həyatı üçün təhlükə yoxdur.

Tramp özünü yaxşı hiss etdiyini bildirib. İyulun 15-də o, Miluokidə respublikaçıların milli qurultayında iştirak etməyi planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
banker.az

10Mənbələr