Kral ailəsinin gəlini Meqan Marklın məşhurlaşdığı "Suits" serialının dünyanın müxtəlif nəşriyyatlarına satışından yüksək məbləğdə gəlir əldə etdiyi öyrənilib.
"Unikal" xəbər verir ki, sözügedən serial 2019-cu ildə tamamlanıb.
Lakin həmin serial bu yaxınlarda "Netflix"-də yenidən populyarlaşıb və indiyə qədər dünyanın 240-dan çox bölgəsinə satılaraq aktyorlarına yüksək gəlir qazandırıb. Serialın satışını idarə edən media nəhəngi "NBCUniversal", aktyorların sövdələşmələrdən nə qədər qonorar qazandıqları barədə açıqlama verməyib.
Qeyd edək ki, Marklın təkcə "Netflix"-dən təxminən 200.000 dollar(340.00 manat) qazanmış ola biləcəyi təxmin edilir.
Zərifə Nağıyeva