Böyük Britaniyanın “Reform UK” partiyasının lideri Naycel Faraj ABŞ-a səfər edəcək.
Bizim.Media xəbər verir ki, siyasətçi bu barədə “Teleqraf” qəzetinə yazdığı məqalədə bildirib.
Məlum olub ki, o, ABŞ-da Respublikaçılar Partiyasının Miluoki şəhərində keçiriləcək qurultayında iştirak edəcək: “Mən bunu dostum Donald Trampa dəstək olmaq üçün edirəm”.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta