AZ

Britaniyalı siyasətçi ABŞ-a gedəcək - Trampa dəstək olacaq

Böyük Britaniyanın “Reform UK” partiyasının lideri Naycel Faraj ABŞ-a səfər edəcək.

Bizim.Media  xəbər verir ki, siyasətçi bu barədə “Teleqraf” qəzetinə yazdığı məqalədə bildirib.

Məlum olub ki, o, ABŞ-da Respublikaçılar Partiyasının Miluoki şəhərində keçiriləcək qurultayında iştirak edəcək: “Mən bunu dostum Donald Trampa dəstək olmaq üçün edirəm”.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
6
bizim.media

7Mənbələr