AZ

Netanyahu: “Qəzzada müharibə HƏMAS-ın məğlubiyyətindən sonra bitəcək”

İsrailin Baş naziri Qəzzada hərbi əməliyyatların dayandırılması üçün şərtləri açıqlayıb
“Qəzza zolağında müharibə yalnız HƏMAS-ın məğlubiyyətindən, o cümlədən qrupun hərbi və siyasi potensialının məhv edilməsindən sonra başa çatacaq”. AYNA “Ynet”ə istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Müharibə yalnız bir dəqiqə əvvəl deyil, bütün məqsədlərinə çatanda bitəcək. Qələbə o zaman əldə olunacaq ki, biz HƏMAS-ın siyasi və hərbi potensialını məhv edək, oğurlananları evə gətirək”, - Netanyahu vurğulayıb.
HƏMAS daha əvvəl bəyan edib ki, İsrailin qruplaşmanın silahlı qanadının lideri Məhəmməd əl-Deyfə qarşı sui-qəsd cəhdi ilə bağlı iddiaları yalandır. HƏMAS bildirib ki, bu cür bəyanatlarla İsrail hakimiyyəti “dəhşətli qırğın”ın miqyasını gizlətməyə çalışır.

Seçilən
156
50
ayna.az

10Mənbələr