Salyanda 6 yaşlı uşaq yanıq xəsarətləri alıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2018-ci il təvəllüdlü Məmmədəli Asim oğlu Əlizadə yaşadığı evdə valideyn nəzarətindən çıxaraq üzərinə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb.
Nəticədə, müxtəlif yanıq xəsarətləri alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta