AZ

Peskov: “Avropa Rusiya raketlərinin hədəfidir...”

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ümumrusiya Dövlət Televiziya və Radiosunun təbliğatçısı ilə bağlı şərhində bildirib ki, Rusiya həmişə Avropa ölkələrini öz raketləri üçün hədəf kimi müəyyən etməklə, Amerikanın uzaqmənzilli raketlərinin Avropada yerləşdirilməsinə cavab verib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VGTRK) təbliğatçısı Pavel Zarubinə bildirən Peskov bu vəziyyəti “paradoksal” adlandırıb.

...Rusiyanın indi raket yerləşdirməklə cavab verib-verməyəcəyi sualına Peskov müsbət cavab verib.

...Amerika pul qazanmağa davam edir, Avropa bizim raketlərimizin, ölkəmiz isə Avropada yerləşən Amerika raketlərinin qovşağındadır. Biz bütün bunları əvvəllər yaşamışıq. Bu raketlərin qarşısını almaq üçün kifayət qədər potensialımız var. Lakin bu dövlətlərin paytaxtları potensial qurbanlardır.

Qeyd etdiyimiz kimi, bunuRusiyadövlət başçısının mətbuat katibi vurğulayıb.

Zarubinin qeyd etdiyi kimi, belə bir fikir var ki, keçmişdə belə qarşıdurma SSRİ-nin dağılmasına səbəb olub. Peskov buna cavab olaraq bildirib ki, Avropanın indi “tikişləri partlayır”: “İndi Avropa üçün ən yaxşı vaxt deyil, ona görə də tarix müxtəlif konfiqurasiyalarda təkrarlanacaq”.

Əli Babayev

Seçilən
101
13
sia.az

10Mənbələr