AZ

Hərbçilərimiz PUA vasitəsilə uçuşlar icra etdi

Birləşdik-2024 beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminə cəlb edilən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirir.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, təlim çərçivəsində əməliyyat qrupu tərəfindən qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində işlənilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları pilotsuz uçuş aparatı (PUA) vasitəsilə uçuşlar həyata keçirərək, təlimin digər iştirakçı dövlətlərinin PUA bölmələri ilə qarşılıqlı əlaqədə ərazinin hava kəşfiyyatını aparmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.

Təlim meydançasında hücuma keçən Azərbaycan Ordusunun Quru Qoşunlarının hərbi qulluqçuları şərti düşmən qüvvələrinin müqavimətinin qarşısını alaraq onun canlı qüvvəsini və döyüş texnikasını məhv ediblər.

Eyni zamanda, təlimə cəlb edilən komandolar qrup şəklində sürətlə şərti düşmənin arxasına sızaraq mövqeyin ələ keçirilməsi, eləcə də hakim yüksəkliklərin və yolların nəzarət altında saxlanılması üzrə tapşırıqları icra ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
21
publika.az

10Mənbələr