Avro-2024-ün yarımfinalında keçirilən Niderland - İngiltərə oyununun (1:2) ən yaxşı futbolçusu bəlli olub.
QOL.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə millisinin hücumçusu Olli Uotkins görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
28 yaşlı futbolçu 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.