AZ

Niderland – İngiltərə matçının ən yaxşı futbolçusu açıqlanıb

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında yarımfinal oyununun (1:2) ən yaxşı futbolçusu bəlli olub.

UEFA-nın mətbuat xidməti xəbər verir ki, ingilislərin hücumçusu Olli Uotkins görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

28 yaşlı futbolçu 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
17
veteninfo.az

10Mənbələr