Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin növbəti matçları keçirilib.
Arena.az xəbər verir ki, ilk oyunlar çərçivəsində daha 8 matç baş tutub.
Ev sahibləri cəmi 1 oyunda uğursuzluğa düçar olublar. Estoniya çempionu “Flora” öz meydanında 5 cavabsız top buraxıb.
2 oyun heç-heçə başa çatıb, 5 qarşılaşmada isə meydan sahibləri qalib gəliblər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında ilk mərhələnin cavab qarşılaşmaları iyulun 16-17-də keçiriləcək.
Azərbaycan çempionu “Qarabağ” bu mərhələdən azaddır. Təmsilçimiz mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
10 iyul
“Ordabası” (Qazaxıstan) – “Petrokub” (Moldova) 0:0
“Flora” (Estoniya) – “Çelye” (Sloveniya) 0:5
RFS (Latviya) – “Larne” (Şimali İrlandiya) 3:0
“Slovan” (Slovakiya) – “Struqa” (Şimali Makedoniya) 4:2
“Klaksvik” (Farer adaları) – “Differdanj” (Lüksemburq) 2:0
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Batumi, Gürcüstan) 3:1
“Dinamo” (Minsk, Belarus) – “Pünik” (Ermənistan) 0:0
“Borats” (Bosniya və Herseqovina) – “Eqnatiya” (Albaniya) 1:0