Avro-2024-də bu gün ikinci finalçı da müəyyənləşəcək.
QOL.az xəbər verir ki, yarımfinalda İngiltərə və Niderland milliləri üz-üzə gələcək.
Almaniyalı referi Feliks Şvayerin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəyə qalib gəlib. Niderland isə Türkiyədən üstün olub.
Xatırladaq ki, ötən gecə Fransaya qalib gələn (2:1) İspaniya millisi finala yüksəlib.
10 iyul
Avro-2024
Yarımfinal
23:00. Niderland - İngiltərə - 1:1 (Birinci hissə)
Qollar: Xavi Simons, 7 (1:0), Harri Keyn, 18-pen. (1:1)
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".
9 iyul
İspaniya - Fransa - 2:1