Udmurtiyanın Votkinski rayonunda minik avtomobili ilə adi avtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, daha 22 nəfər yaralanıb.
“İki nəfər ölüb, üçü uşaq olmaqla 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün yaralılar təcili tibbi yardım briqadaları tərəfindən Votkinsk şəhər xəstəxanasına çatdırılıb”, – deyə regional Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
Bundan əvvəl Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş vermiş böyük avtomobil qəzası nəticəsində 14 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Mənbə RİA Novosti