AZ

Avtobusun aşması nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb

Altay Respublikasında Çuyski traktında avtobusun qəzaya uğraması nəticəsində 3 Monqolustan vətəndaşı həlak olub, biri uşaq olmaqla 5 nəfər yaralanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyiyi məlumat verib.

“Saat 08:59-da 112 sisteminə Qoş-Ağaç rayonunda qəza baş verməsi barədə məlumat daxil olub. Federal avtomobil yolunun 853-cü kilometrliyində R-256 Çuyski traktında mikroavtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, 1-i uşaq olmaqla 5 nəfər yaralanıb, 3 nəfər Monqolustan vətəndaşı həlak olub”, - məlumatda deyilir.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
11
oxumeni.az

10Mənbələr