AZ

İcra başçısı vətəndaşların suallarına cavab verdi - Fotolar

Yasamal rayonunda sakinlər üçün iyul ayı üzrə növbəti səyyar qəbul keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 13 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərləri də iştirak ediblər.

Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.

Daha sonra Yasamal rayonunun sakinləri küçələrin işıqlandırılması, mənzillərin su təchizatı, söküntüyə görə maddi kompensasiya, qurumuş ağacların budanması, kommunal xidmət borcları, Vətən müharibəsi qazilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şikayətlərin araşdırılması və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.

İcra başçısı qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib.

O, həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
4
qafqazinfo.az

10Mənbələr