AZ

Yasamal Rayonunun İcra Başçısı sakinlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün iyun ayı üzrə növbəti səyyar qəbul keçirilib.
 
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin akt zalında baş tutub.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərləri də iştirak ediblər.Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.
 
Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər. Daha sonra Yasamal rayonunun sakinləri küçələrin işıqlandırılması, ət kəsimi məntəqələrinin fəaliyyəti, qəzalı ev damlarının təmiri, həyətlərin abadlaşdırılması, su çənlərinin götürülməsi, istismar müddəti bitmiş liftlərin əvəzlənməsi, ticarət köşklərinin fəaliyyəti, sənədsiz avtoqarajların taleyi, əlillərin evlə təminatı  və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib.
 
İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib.
 
Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
10
anews.az

8Mənbələr