AZ

Dövlət Departamenti: “ABŞ Bakı və İrəvanla diplomatik işi davam etdirir” –AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİ VAŞİNQTONDA GÖRÜŞƏCƏKLƏRMİ?

ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir.

 

Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO sammiti çərçivəsində Vaşinqtonda görüşünün mümkünlüyü ilə bağlı Miller bu barədə məlumatlı olmadığını deyib.

 

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın sözlərinə görə isə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqtonda NATO sammiti çərçivəsində görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur.

 

Qeyd edək ki, iyulun 9-da NATO-nun 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb. Sammitdə Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
17
senzor.az

10Mənbələr