Bakı. Trend:
Almaniyada keçirilən AVRO-2024-ün yarımfinal mərhələsi startgötürüb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, ilk finalçı Münhendə bəlli olub.
İspaniya millisi Fransa ilə üz-üzə gəlib. Almaniyada keçirdiyibütün matçlarda qalib gələn pireneylilər qələbə seriyasını 6-yaçatdırıblar. 2:1 hesabı ilə qalib gələn "Qırmızı furiya" ilkfinalçı olub.
AVRO-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya – Fransa - 2:1
Qollar: Lamin Yamal, 21. Dani Olmo, 25 - Randal KoloMuani, 9
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen Arena