AZ

Evren Alkaya: "Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun".
Oxu.Az xəbər verir ki, bunu Basketbol Federasiyasının Mətbuat Xidmətinə açıqlamasında Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis Avropa çempionatının C divizionunun ilk matçında Ermənistan üzərində qazanılan qələbəni şərh edib:
"Görüşə yüksək səviyyədə hazırlaşmışdıq. Rəqibin hücumlarının qarşısını almağa çalışırdıq. Müdafiədə aqressiv oynadıq, rəqibə rahat oynamaq imkanı vermədik. Hücumlarımızı məntiqi sonluqla başa vurmağı bacardıq. Ümid edirəm ki, nəticələrimiz uğurlu olacaq və çempionluq sevinci yaşayacağıq. Bu matçda qələbəyə inandıq və bunu bacardıq. Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun".
Qeyd edək ki, U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.
Seçilən
228
50
oxu.az

10Mənbələr