AZ

“Araz Naxçıvan” portuqaliyalı futbolçu ilə müqavilə bağladı

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb. 

Bizim.Media xəbər verir ki, Bernardo Oliveira Dias “Benny” 2024-2025-ci il mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində "Uniao Torreense"nin formasını geyinib. Benny buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə,  Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
113
18
bizim.media

10Mənbələr