Hacıqabul sakini inyeksiyadan şoka düşərək vəfat edib.
APA-nın məlumatına görə, Hacıqabul sakini, 1969-cu il təvəllüdlü İlhamə Seyran qızı Rəhimovaya Hacıqabul Rayon Xəstəxanasında antibiotik inyeksiya edilib.
Nəticədə pasiyent anaflaktik şoka düşərək ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta