AZ

TDT-in Zirvə görüşü üzv dövlətlər arasında siyasi və iqtisadi əlaqələri möhkəmləndirəcək - ŞƏRH

Bakı. Trend:

Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının daha yaxşısiyasi, iqtisadi və təhlükəsizlik faydaları əldə edə bilməsi üçünyol xəritəsini təqdim edir.

Bunu Trend-əaçıqlamasında Qarabağ Bəyannaməsinin regional və qlobaləhəmiyyətini şərh edərkən siyasi təhlilçi Aqşin Kərimov deyib.

O bildirib ki, eyni zamanda, bəyannamə TDT daxilindəinstitusional səviyyədə inteqrasiyanın baş tutmasını və yarımçıqqalan məsələlərin yoluna qoyulması prioritetlərini əhatə edir.

"Bu, TDT-nin regional və beynəlxalq siyasətə baxışında, belədemək mümkünsə, hərtərəfli yanaşmalara diqqət yetirir. QarabağBəyannaməsi böyük güclərdən hansınısa regional əməkdaşlıqdan təcridsəylərini istisna etməklə daha geniş əməkdaşlıq formatı üçünideyalar toplusunu təqdim edir. Bu radiusda TDT-nin yeri bir neçəistiqamətdə bərkiyir.

Belə ki, TDT Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çinibirləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizivasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanıgücləndirməklə hədəflərinə çatmağı planlayır. Daha geniş desək, bu,Çinin meyilləndiyi fərqli beynəlxalq nizam ideyaları ilə uyğunluqtəşkil edir, lakin həm Rusiya, həm də Qərblə münasibətlərdəpraqmatik təsirlər yaradır. Bu, TDT-nin uzunmüddətli perspektivdəqlobal və regional təhlükəsizlikdəki mövqelərini gücləndirə biləcəkqiymət qazanır”, - deyə A.Kərimov fikrini yekunlaşdırıb.

Qarabağ Bəyannaməsinin iqtisadi tərəflərinə toxunaniqtisadçı ekspert Araz Əzimli bildirib ki, Türkdövlətlərinin regionda və dünyada qlobal ticarətin vəiqtisadiyyatın inkişafında rolu danılmazdır.

"Son illərə nəzər salsaq, Türk Dövlətləri Təşkilatına üzv olanölkələr arasında ticari əlaqələr yüksələn xətlə inkişaf edir. TDTçərçivəsində iqtisadi münasibətlərin getdikcə genişlənməsiqarşılıqlı inamdan qaynaqlanır.

Hazırda TDT dünya ölkələri tərəfindən mötəbər qurum kimitanınır. Təxmini üzv dövlətlərdə Ümum Daxili Məhsulun (ÜDM) həcmi1.5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1.2 trilyon ABŞ dollarıtəşkil edir. Ümumilikdə dünya ərazisinin 1 faizə qədəri, ticarətdövriyyəsinin 2,4 faizini Türk Dövlətləri Təşkilatına üzv ölkələrəhatə edir. Türk dövlətləri böyük iqtisadi potensiala, enerjiresurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlaramalikdir.

Hazırda Orta Dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaqdərəcədə artmaqdadır. Bu artım Azərbaycanın da həmin ölkələrləiqtisadi əlaqələrinə öz təsirini göstərib. Azərbaycanla Türkdövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə70 faiz artıb. Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən 10-cuZirvə görüşü üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq əlaqələrinidaha da möhkəmləndirəcək", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
az.trend.az

2Mənbələr