AZ

TDT-in Zirvə görüşü üzv dövlətlər arasında siyasi və iqtisadi əlaqələri möhkəmləndirəcək - ŞƏRH

Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının daha yaxşı siyasi, iqtisadi və təhlükəsizlik faydaları əldə edə bilməsi üçün yol xəritəsini təqdim edir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qarabağ Bəyannaməsinin regional və qlobal əhəmiyyətini şərh edərkən siyasi təhlilçi Aqşin Kərimov deyib.

O bildirib ki, eyni zamanda, bəyannamə TDT daxilində institusional səviyyədə inteqrasiyanın baş tutmasını və yarımçıq qalan məsələlərin yoluna qoyulması prioritetlərini əhatə edir.

"Bu, TDT-nin regional və beynəlxalq siyasətə baxışında, belə demək mümkünsə, hərtərəfli yanaşmalara diqqət yetirir. Qarabağ Bəyannaməsi böyük güclərdən hansınısa regional əməkdaşlıqdan təcrid səylərini istisna etməklə daha geniş əməkdaşlıq formatı üçün ideyalar toplusunu təqdim edir. Bu radiusda TDT-nin yeri bir neçə istiqamətdə bərkiyir.

Belə ki, TDT Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirməklə hədəflərinə çatmağı planlayır. Daha geniş desək, bu, Çinin meyilləndiyi fərqli beynəlxalq nizam ideyaları ilə uyğunluq təşkil edir, lakin həm Rusiya, həm də Qərblə münasibətlərdə praqmatik təsirlər yaradır. Bu, TDT-nin uzunmüddətli perspektivdə qlobal və regional təhlükəsizlikdəki mövqelərini gücləndirə biləcək qiymət qazanır", - deyə A.Kərimov fikrini yekunlaşdırıb.

Qarabağ Bəyannaməsinin iqtisadi tərəflərinə toxunan iqtisadçı ekspert Araz Əzimli bildirib ki, Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolu danılmazdır.

"Son illərə nəzər salsaq, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında ticari əlaqələr yüksələn xətlə inkişaf edir. TDT çərçivəsində iqtisadi münasibətlərin getdikcə genişlənməsi qarşılıqlı inamdan qaynaqlanır.

Hazırda TDT dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır. Təxmini üzv dövlətlərdə Ümum Daxili Məhsulun (ÜDM) həcmi 1.5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1.2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə dünya ərazisinin 1 faizə qədəri, ticarət dövriyyəsinin 2,4 faizini Türk Dövlətləri Təşkilatına üzv ölkələr əhatə edir. Türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Hazırda Orta Dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu artım Azərbaycanın da həmin ölkələrlə iqtisadi əlaqələrinə öz təsirini göstərib. Azərbaycanla Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə 70 faiz artıb. Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən 10-cu Zirvə görüşü üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
day.az

2Mənbələr