AZ

Kosmosda türk dövrü başlayır - Bütün gözlər “Türksat 6A” peykinə yönəlib

Türkiyənin ilk yerli və milli rabitə peyki Türksat 6A bu gecə yarısı orbitə buraxılacaq.Missiya.Az “STAR”a istinadən xəbər verir ki, peyk ABŞ-nin Florida ştatındakı Cape Canaveral Kosmodromundan Falcon 9 daşıyıcı raketi ilə göndəriləcək.Qardaş ölkənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu: “İnşallah bu gecə müstəqilliyimizin simvolu olan Türksat 6A-nı uğurla orbitə çıxaracaq və öz peyklərini istehsal edən və kosmosa imzamızı atan 11 ölkədən biri olacağıq” ifadələri ilə həyacanını bildirib.Məlumata görə, “Türksat 6A” buraxıldıqdan sonra ilk siqnalın 70-ci dəqiqədə alınması gözlənilir. Peyk 42 dərəcə şərq orbitində, 35 min 786 kilometr məsafədə yerləşəcək. 7,5 kilovat gücündə və 4,2 ton ağırlığındadır.Qeyd edək ki, buraxılışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın videomüraciət yayacağı gözlənilir.Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
17
missiya.az

10Mənbələr