AZ

Türksat 6A-nın kosmosa səyahəti başlayır

TÜRKSAT 6A üçün gözlənilən gün gəlib.

News24.az xəbər verir ki, Türk mühəndisləri tərəfindən yerli imkanlarla istehsal edilən Türkiyənin ilk yerli və milli rabitə peyki TÜRKSAT 6A bu gecə orbitə yola düşür.

TÜRKSAT 6A nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun iştirakı ilə bu gecə saat 01.20-də SpaceX-in ABŞ-ın Florida ştatındakı Kennedy Kosmik Mərkəzindən orbitə buraxılacaq. Gecə yarısı keçiriləcək təqdimatdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan videomüraciət yayımlayacaq. Nazir Uraloğlu orada yaşanacaq həyəcanı Kennedi Kosmik Mərkəzindən canlı əlaqə vasitəsi ilə də Türkiyəyə çatdıracaq.

TÜRKSAT 6A peykinin orbitə buraxılmasından əvvəl son vəziyyəti yerində təqib edən nazir Uraloğlu, "Hazırda buraxılış əməliyyatları üçün hazırlıqlarımız problemsiz davam edir. Biz komandamızla birlikdə orbitə buraxılmadan əvvəl son hazırlıqları diqqətlə izləyirik. Bu gecə, inşallah, müstəqilliyimizin simvolu olan TÜRKSAT 6A-nı uğurla orbitə buraxmaqla, öz peyklərini istehsal edən və kosmosa imzamızı atan 11 ölkədən biri olacağıq” deyib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
20
news24.az

10Mənbələr