AZ

Türkiyənin yeni peyki bu vaxt orbitə BURAXILACAQ

Türkiyənin ən böyük Ar-Ge layihəsi olan Türksat 6A bu gecə orbitə buraxılacaq.

Redaktor.az xəbər verir ki, peyk ABŞ-nin Florida ştatındakı Cape Canaveral Kosmodromundan Falcon 9 daşıyıcı raketi ilə göndəriləcək.

Türksat 6A buraxıldıqdan sonra ilk siqnalın 70-ci dəqiqədə alınması gözlənilir. Peyk 42 dərəcə şərq orbitində, 35 min 786 kilometr məsafədə yerləşəcək. 7,5 kilovat gücündə və 4,2 ton ağırlığındadır.

“Türksat 6A” türk peyklərinin əhatə dairəsini 3,5 milyarddan 5 milyarda qədər genişləndirməyə imkan verəcək.

Buraxılışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın videomüraciət yayacağı gözlənilir.

Türkan İSGƏNDƏRLİ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
17
redaktor.az

10Mənbələr