AZ

DİN: Şənbə və bazar günləri 1 avtomat silahı, 2 tüfəng və 1 tapança götürülüb

DİN:

Bakı, 8 iyul, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 6-7-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 5 tüfəng təhvil götürüblər.

Son iki gündə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 32 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

 

Seçilən
101
19
azertag.az

10Mənbələr