İyulun 7-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Fəxrəddin Nəsirovla vida mərasimi keçirilib.
Missiya.Az xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Onun xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır.
Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!