Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının 1/4 final mərhələsinin oyunları keçirilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün baş tutacaq iki qarşılaşma ilə yarımfinalın bütün cütlükləri müəyyənləşəcək.Günün ilk oyununda İngiltərə İsveçrə ilə üz-üzə gələcək. Turun son oyununda isə Niderland Türkiyə yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın ilk cütlüyü İspaniya – Fransa olub.
AVRO-2024
6 iyul
1/4 Final
20:00. İngiltərə – İsveçrə
Baş hakim: Daiele Orsato (İtaliya)
Düsseldorf, Merkur Spiel-Arena
23:00. Niderland – Türkiyə
Baş hakim: Klement Turpin (Fransa)
Berlin, Olimpiya stadionu