AZ

Türkiyə hesabı açdı, İngiltərə yarımfinalda - Yenilənir

style='margin-bottom:10px;'>

Avro-2024-də bu gün 1/4 finalın son oyunları keçirilir.

QOL.az xəbər verir ki, günün ilk matçında İngiltərə və İsveçrə milliləri üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İngiltərə (5:3) yarımfinala yüksəlib.

Günün son matçında Türkiyə millisi Niderlandla qarşılaşacaq. Fransalı referi Klement Turpinin idarə edəcəyi matç saat 23:00-da başlayacaq. Türkiyə millisi 1/8 finalda Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.

Bu oyunların qalibləri yarımfinalda bir-birinə rəqib olacaqlar.

Xatırladaq ki, ötən gün keçirilən iki oyundan sonra İspaniya və Fransa yarımfinala yüksəlib.

 

6 iyul

Avro-2024

1/4 final

 

23:00. Niderland - Türkiyə - 0:1 (Birinci hissə)

Qol: Akaydın, 35

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

20:00. İngiltərə - İsveçrə - 1:1 (Penaltilər seriyası - 5:3)

Qollar: Embolo, 75 (0:1), Saka, 80 (1:1)

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

5 iyul

İspaniya - Almaniya - 2:1

Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
4
teleqraf.com

10Mənbələr