AZ

Vergi borcu olan şirkət 4 gündə 2.6 milyon manatdan çox tender uddu - Xalça Muzeyi və "Bakı Metropoliteni" onu qalib etdi

Azərbaycan Xalça Muzeyinin "Sair torpaq tikili, maşın və avadanlıqlar, qeyri-maddi aktivlərin alınması və quraşdırılması xidmətlərnin satınalınması " ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "BEST TELEKOM" MMC olub. Tərəflər arasında 146.334,16 AZN-lik müqavilə bağlanacağı gözlənilir. 

Əldə etdiyimiz məlumata görə,  sözügedən MMC-nin dövlətə vergi borcu hazırda  32186.96 AZN təşkil edir. 

Bubdan 4 gün öncə sozugedən şirkət “Bakı Metropoliteni” QSC-nin istismarında olan rabitə avadanlıqları üçün ehtiyat hissələrinin və aksesuarlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi olub. Yaxın zamanda tərəflər arasında 2.424.897,64 AZN-lik müqaviləyə imza atılacağı gözlənilir. 

Bildirək ki, nizmanamə kapitalı 1000 AZN olan "BEST TELEKOM" MMC-nin qanuni təmsilçisi AQŞİN QASIMOV ƏLÖVSƏT oğludur.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Ayxan

Seçilən
149
32gun.az

1Mənbələr