Leninqrad vilayətində 5 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün saat 15:14-də Novopriozerskoe şossesinin 95-ci kilometrliyində beş avtomobilin toqquşması baş verib. Qəza nəticəsində bir qız (görünən 25 yaşında) dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.
Daha 3 nəfərin yaralandığı bildirilir.
Polis yol qəzasının baş vermə səbəblərini araşdırır.
Mənbə Rusca