AZ

Pezeşkian seçkilərdə SƏS VERDİ

İranda prezidentliyə azərbaycanlı namizəd Məsud Pezeşkian bu gün səsvermə prosesində iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb. 

Məlumata görə, təbrizli millət vəkili Tehranın Qala Həsənxan bölgəsində yerləşən Aşura məktəbində səs verib.

Qeyd olunub ki, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də Məsud Pezeşkianla birlikdə səsverməyə qatılıb.

Musavat.com

Seçilən
26
1
musavat.com

2Mənbələr