AZ

Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR

Müəllim olmaq istəyən şəxslər işə qəbulla bağlı hər il imtahan verirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji sahələr üzrə bitirmiş və dövlət nümunəli diplom almış, eləcə də xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan şəxslər iştirak edə bilərlər.

Sözügedən imtahan isə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur.

Necə ki müəllimlər cəmiyyətin savadlanması və inkişafında müstəsna rol oynayırlar, eləcə də həkimlər insanların sağlamlığının keşikçisi hesab olunurlar.

Maraqlıdır, bəs həkimlər niyə işə qəbulla bağlı imtahan vermirlər? Yaxın gələcəkdə onların da imtahan edilməsi nəzərdə tutulurmu?

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.media-nın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, artıq aidiyyəti qurumlar tərəfindən bu barədə layihə hazırlanıb:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tapşırılıb.

Aidiyyəti orqanlar tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə göndərilib. Layihə ilə bağlı DİM-in rəy və təklifləri həmin orqanlara təqdim edilib".

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
8
oxu.az

8Mənbələr