AZ

Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR

Bildiyiniz kimi, müəllimlər işə qəbulla bağlı hər il imtahan verirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, eləcə də xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan şəxslər iştirak edə bilərlər. 

Cəmiyyətin savadlanması və inkişafı üçün müəllimlərin müstəsna rolu olduğu kimi,insanların da sağlamlığına birbaşa cavabdeh olanlar həkimlərimizdir. Savadlı və peşəkar həkimlərin olması, həm də sağlam cəmiyyət deməkdir. 

Maraqlıdır, bəs həkimlər niyə işə qəbulla bağlı imtahan vermirlər? Yaxın gələcəkdə onların da imatahan edilməsi nəzərdə tutulurmu? 

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, artıq aidiyyəti qurumlar tərəfindən bu barədə layihə hazırlanıb:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tapşırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
8
demokrat.az

8Mənbələr